Şou-biznes

Aygün Kazımova onun ermənilərlə əlaqəsindən yazanları məhkəməyə verir

11 Mart 2016 13:04
9 Şərh     Baxış: 2 261
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Aygün Kazımova bir sıra mətbuat orqanlarını məhkəməyə verir. O, bir neçə gündür haqqında yerli mediada yayılan şər və böhtan xarakterli yazılara görə məhkəməyə müraciət etməli olub.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, xalq artisti açıqlamasında bildirib ki, onun ermənilərlə əlaqəsini sübut etməyə çalışan bütün saytlar və yazı müəllifləri məhkəməyə veriləcək:

"Əvvəlcədən xəbərdarlıq etməsəydim, bəlkə də onları başa düşərdim. Xəbərdarlığıma baxmayaraq, jurnalistlər heç bir araşdırma aparmadan haqqımda həqiqəti əks etdirməyən, şər və böhtan xarakterli yazılar dərc ediblər. Bu səbəbdən vəkilim artıq işə başlayıb. Həmin xəbərləri yazan bütün jurnalistlər və media qurumları məhkəmədə cavab verəcəklər".
 
Qeyd edək ki, Aygün Kazımova bir neçə gün öncə radiolardan birində çıxışı zamanı barəsində belə xəbərlərin yayılacağı ilə bağlı mətbuatı məlumatlandırmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.