Şou-biznes

ATV-nin iki verilişi bağlandı - YENİLƏNİB

11 Mart 2016 14:46
29 Şərh     Baxış: 14 491
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:46

"Azad Azərbaycan" telekanalında yayımlanan "Mənim mətbəxim" verilişi yayımını dayandırıb. Bunu lent.az-a açıqlamasında verilişin aparıcısı müğənni Niyam Salami deyib: "Verilişə başlamamış sponsorla 4 aylıq müqavilə bağladıq. Müqavilə başa çatandan sonra həmin şəxslər sponsorluq etməkdən imtina etdilər. Beləcə, veriliş yayımını dayandırmalı oldu. Düşünürəm ki, "Mənim mətbəxim" verilişi 4 ay ərzində yaxşı baxıldı.
 
Xatırladaq ki,   "Mənim mətbəxim" verilişi həftənin bazar günləri saat 13:30-da yayımlanırdı. Həmin verilişdə N.Salamidən öncə aparıcı Mətanət Əlverdiyeva aparıcılıq edirdi.
 
Qeyd edək ki, ATV-də daha bir mətbəx verilişi "Duz və istiot" da bağlanıb. Həmin verilişin aparıcısı isə əməkdar artist Zöhrə Abdullayeva idi. 

--------

12:26

Əməkdar artist Zöhrə Abdullayevanın ATV-də yayımlanan "Duz və istiot" verilişinin yayımı dayandırılıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, mətbəxə aid olan proqram artıq bir aya yaxındır ki, yayımlanmır.  Müğənni proqramı aşpaz Mehmanla birlikdə aparırdı. 

"Duz və istiot"un dayanmasına səbəb sponsorlar olub. 

Qeyd edək ki, proqram ötən il oktyabrın 28-dən etibarən efirə gedirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.