Şou-biznes

Azərbaycanlı müğənnidən xanımlara hədiyyə

5 Mart 2016 10:57
5 Şərh     Baxış: 3 109
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Mirkamil Kamilov ilk konsertinə hazırlaşır.

Milli.Az xəbər verir ki, konsert Beynəlxalq Qadınlar Bayramı günündə, əyləncə məkanlarının birində keçiriləcək. Bu barədə konsertin təşkilatçısı Aynur Hacıyeva məlumat verib:

"Mirkamilin konsertinin 8 mart, məhz qadınların bayramı günündə təşkili təsadüf deyil. Mirkamil bəstəsi Emil Şahinə məxsus olan "Ana" haqqında mahnısının təqdimatına hazırlaşırdı.

Həmin təqdimatı və konserti bir günə müəyyənləşdirdik. Konsert analarımıza, xanımlarımıza itaf olunacaq. Konsertdə maraqlı sürprizlər gözlənilir. Eyni zamanda, sənətçi dostlarımız tamaşaçı qismində iştirak edəcəklər, onlardan səhnəni bölüşənləri də olacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.