Şou-biznes

Zirəddindən Di Kaprio ilə bağlı tükürpədici AÇIQLAMA

4 Mart 2016 18:47
38 Şərh     Baxış: 27 971
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Leonardo Di Kaprionun məşhur və məşhur olmayan qadınlarla əlaqəsindən film, hətta serial çəkmək olar. Ötəri macəralar nəticəsində bu "Oskar"lı aktyorun övladının dünyaya gəlməsi də istisna deyil.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "Ekstrasenslərin döyüşü" şousunun iştirakçılarından biri Zirəddin Rzayev Leonardonun beş il öncə ata olduğunu deyib. 

Ekstrasensin sözlərinə görə, aktyorun onun uşağını dünyaya gətirən qadınla ünsiyyəti yoxdur.

"O, bu qadınla həyatını bağlamaq niyyətində deyildi. Onların ötəri bir macərası olub, bu macəradan isə qızı dünyaya gəlib. Bu, beş il öncə olub. Leonardo uşaq barəsində
bilirdi, qızına və onun anasına maddi yardım edib və edir, amma varisini kütlə qarşısına çıxarmaq niyyətində deyil", - deyə Zirəddin bildirib.

Amma ekstrasens sözünü bununla bitirməyib və Di Kaprionun pərəstişkarlarını pis xəbərlə
sarsıdıb:

"Yaxın üç ildə onu ağır sınaqlar gözləyir, sağlamlığı ilə bağlı olan bu sınaqların öhdəsindən gələcək. Amma onun ahıl yaşını görmürəm, bu, onun üçün pisdir". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.