Şou-biznes

İlhamə Qasımova: "Cavan olsaydı, Rasim Balayevlə..."

4 Mart 2016 12:24
5 Şərh     Baxış: 5 922
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni İlhamə Qasımova dəvət aldığı film çəkilişlərindən danışıb.

Milli.Az publika.az-a istinadən bildirir ki, açıqlama verən sənətçi özünü romantik rolda görmədiyini bildirib:
 
"Film çəkilişlərinə dəvət almamışdan öncə mütləq ssenari ilə tanış oluram. Filmə çəkilmək təklifi alan kimi ona razılaşa bilmərəm. Bir dəfə bir romantik filmdə çəkilməyə dəvət almışdım. İmtina etməyə xacalət çəkdim. Ona görə susdum. Açıq-saçıq səhnələr yox idi. Sevgidən bəhs edirdi. Mən hələ o çəkilişlərə hazır deyiləm. Bəlkə, daha bir neçə filmdə çəkilsəm, öyrəşərəm. Mənim üçün əsas qarşı tərəfin xarizmasıdır. O, çirkin də ola bilər, lakin kişi xarizması mütləq olmalıdır. Məsələn, cavan olsaydılar, Rasim Balayev və Fəxrəddin  Manafovla tərəf-müqabili olardım".
 
Qeyd edək ki, İlhamə Qasımova "Şər qarışanda" filmində direktor obrazı ilə artıq özünü aktrisa kimi sınayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.