Şou-biznes

Faiq Ağayevin tələbəsi "Səs Azərbaycan"ın finalında - VİDEO - FOTO

4 Mart 2016 13:02
1 Şərh     Baxış: 3 816
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah AzTV-nin efirdə yayımlanan "Səs Azərbaycan" yarışının finalıdır.

Milli.Az-a açıqlama verən xalq artisti Faiq Ağayev bildirib ki, final gecəsində onun tələbəsi Hüseyn Abdullayev də çıxış edəcək:

"Ustad-münsif olaraq Hüseynin "Səs Azərbaycan" müsabiqəsindəki çıxışlarından xeyli razıyam, onu digər finalçılara əsaslı, qüvvətli rəqib, qələbəyə tam layiq bir müğənni sayıram. Yarımfinalda duet şəklində oxuduğumuz "Skaji qlazam tvoim" mahnısında Hüseynin sərgilədiyi ifa, zənnimcə, ən yüksək qiymətə layiq oldu. Müəllif - maestro Polad Bülbüloğlu, onun səsini də, ifa tərzini də çox bəyənib, təriflədi. Gənc bir ifaçı üçün isə bu - çox böyük göstərici, əvəzsiz bir rəydir! Tələbəmin final mərhələsindəki ifasına layiqli qiymət almasına inanıb, onu dəyərli tamaşaçılarımıza əmanət edirəm".

Qeyd edək ki, finalın qalibi yalnız sms səsverməsi ilə bəlli olacaq. Onu da əlavə edək ki, xalq artistinin tələbəsi H.Abdullayev sms səsvermə nəticələrinə görə yarımfinalın absolyut, qəti, tam lideri olub. O, yarımfinalda digər iştirakçılardan ayrı-ayrılıqda təqribən 2 dəfə daha çox səs toplayıb. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Faiq Ağayevin tələbəsi

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.