Şou-biznes

Əkiz bacılar: "Nəyin bahasına olursa-olsun o pulları geri alacağıq"

4 Mart 2016 10:04
7 Şərh     Baxış: 7 755
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əkiz bacılar SevilSevinc bankdan şikayətləniblər.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənnilərə qarşı hörmətsizlik edilib. 

Bu haqda sosial şəbəkədə yazan əkizlər bunları vurğulayıblar:

"Bu bank qeyri-peşəkarlığına görə vəzifəsini doğru yerinə yetirmir. Bir aydır, bu banka getməkdən yorulduq, bunlar isə kobud davranışdan yorulmadılar. Bizdən icazəsiz evimizin kreditini başqa banka keçiriblər. Bizə zəng gəlir və deyirlər ki, kreditinizi gecikdirirsiniz, sabah mütləq ödəniş edin. Heç nəyi düşünmədən, soruşmadan gedib ödəniş etdik. Amma nahaq... Həmişəki bankda bir neçə ayın pulu hesabıma yatırılıb. Bəs niyə hesabımdakı məbləği bizdən icazəsiz başqasına keçirmisiniz? Onsuz da nəyin bahasına olursa-olsun o pulları sizdən geri alacağıq. Görün neçə ailə öz övladlarının boğazından kəsib bu banka kredit ödəyir. İşinizi halallıqla görün. Müştəriyə nəzakətli davranmaq sizin borcunuzdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.