Şou-biznes

"Səs Azərbaycan"da yanlışlıq

3 Mart 2016 18:14
3 Şərh     Baxış: 5 080
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gün əvvəl "Səs Azərbaycan" layihəsinin mətbuat xidməti müsabiqədəki iştirakçılardan Samirə Əfəndiyevanın ən çox səs yığan yarışmaçı olduğunu bildirmişdi.

Axşam.az-ın məlumatına görə, bu gün layihənin mətbuat xitməti xəbərin həqiqəti əks etdirmədiyini bildirib.

Qeyd edilib ki, Samirə yarımfinal mərhələsində yox, layihə ərzində münsif Tünzalə Ağayevanın komandasından olan iştirakçılar arasında ən çox səs toplayan ifaçı olub. 

Yarımfinal mərhələsində iştirakçıların ən çox səs toplama göstəricisi aşağıdakı kimidir:

1. Hüseyn Abdullayev 
2. Səmra Rəhimli 
3. Samirə Əfəndiyeva 
4. Emiliya Yaqubova

Bu siyahı eyni zamanda layihənin səsverməsini həyata keçirən Kontent-Provayder tərəfindən də təsdiqlənib.

Yarımfinal mərhələsində ən çox səs Faiq Ağayevin komandasının iştirakçısı olan Hüseyn Abdullayevə verilib. İndi 4 finalçıdan kimin qalib olacağını yalnız televiziya tamaşaçıları müəyyənləşdirəcək.

"Səs Azərbaycan" layihəsinin gözlənilən superfinalı 5 mart, saat 22:00-da Azərbaycan Televiziyasının canlı yayımında olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.