"Aşıqların milli geyimi yoxdur. Bunun əksini iddia edən yalan deyir. Aşıqlar Birliyi istədi, geyim forması olsun, amma tikdirib ərsəyə gətirə bilmədi. Maliyyə problemi varıydı".
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri açıqlamasında aşıq Əli deyib. O, aşıqların xüsusi geyimlərinin olması ilə bağlı yaranan problemlərdən danışıb:
"Bildiyimə görə, bu istiqamətdə Mədəniyyət və Turizm Nazirliyi müəyyən addımlar atacaq. Xanımların geyindiyi həmin geyimlər aşıq forması deyil. Qədimdə dövlət adamları hansı formanı geyinirdi, kişi aşıqlar da o cür geyinib səhnəyə çıxırdılar. Bu da aşığın səhnə forması hesab edilib. Bu gün aşıqlar kostyum, qalstukda səhnəyə çıxırlar. Nazirliyin bu məsələnin tezliklə həll edəcəyinə və aşıqların səhnəyə özlərinə məxsus geyimdə çıxacaqlarına inanırıq".
Milli.Az