Şou-biznes

İlhamənin bacısı: "Onun ölümünü başa düşmədim" - VİDEO

2 Mart 2016 23:04
30 Şərh     Baxış: 13 027
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fevralın 25-də ürək çatışmazlığından dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın bacısı İradə Quliyeva ATV-də yayımlanan "Bizimləsən" verilişinə müsahibə verib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçinin bacısı onun ölüm xəbərini alanda inanmadığını deyib: 

"Mənə qızım zəng elədi ki, İlhamə ölüb. Dedim, ola bilməz, bəlkə şayiədir. Sonra qardaşı dedi ki, hər yerdə yazırlar, İlhamə dünyasını dəyişib. Getdik evinə, yataq otağına girdik, gördük uzanıb. Dedim bu necə oldu, axı mən onunla danışmışdım, yaxşı idi, qəfildən necə öldü? Köməkçisi dedi ki, telefonla danışdı, əsəbiləşdi, birdən-birə halı pisləşdi. Onun ölümünü başa düşmədim. Mənimlə sonuncu dəfə ölümündən bir-iki gün əvvəl danışmışdı, evinə də getmişdim. Həmin gün də yanına getməliydim. Köməkçisi də heç nə bilmir".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
İlhamənin bacısı:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.