Şou-biznes

"İlhamə bilirdi ki, ayaq üstə durmayacaq"

27 Fevral 2016 13:25
29 Şərh     Baxış: 10 980
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Faiq Sücəddinov mərhum İlhamə Quliyeva ilə bağlı fikirlərini bölüşüb. 

Axşam.az-ın məlumatına görə, bəstəkar "5/5" verilişində onun dünyasını dəyişəcəyini bildiyini deyib:

"Hər bir insanın həyatdan getməyi kədərdir. İlhamə xanım həmişə kiməsə "toylar kralı, şahzadə" titulları verirdi. Amma özünə doğrudan da gözəl ad qoymuşdu: Primadonna. İllər keçəcək, İlhamə, İlhamə Quliyeva, sənətkar, primadonna deyəcəklər.

Amma unutmayaq ki, onun sənəti, özünəməxsus səsi var idi. Hər zaman fikirlərini mənlə bölüşürdü. O bilirdi ki, ayaqüstə durmayacaq. Mən onun bu halını 1 ay bundan əvvəl bilirdim. Böyrəyində problem var idi. Mənimlə danışanda dedi ki, mahnı gətir, tez yazaq. Deyirdi, mütləq oxuyacam".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.