Şou-biznes

Elza İlhamədən danışdı: "Ölümü yumor hissi ilə qarşılanır"

25 Fevral 2016 13:32
8 Şərh     Baxış: 11 288
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Onun ölüm xəbərini ANS telekanalından eşidib, üzüldüm. Allah rəhmət etsin. Bir incəsənət xadimi olaraq son mənzilə yola salınanda mən də iştirak edəcəyəm".

Milli.Az bildirir ki, bu sözləri axar.az-a Azərbaycan Respublikasının əməkdar artisti Elza Seyidcahan deyib.
 
O, İlhamə Quliyevanın ölümünün sosial şəbəkədə müzakirəsindən də danışıb:
 
"Sosial şəbəkədə onun ölümü yumor hissi ilə qarşılanır, amma bu yolverilməzdir. Biz hər birimiz xasiyyətimiz, əməllərimizə görə Allahın qarşısında cavab verəcəyik. Nə demək olar. Allah günahlarını bağışlasın".
 
Xatırladaq ki, Azərbaycanın xalq artisti İlhamə Quliyeva bu gün vəfat edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.