Şou-biznes

Samirə: "Onların acığına belə etdim" - FOTO

24 Fevral 2016 15:01
17 Şərh     Baxış: 7 529
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aşıq Samirə Əliyeva yeni imicindən danışıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, fotolar çəkdirən sənətçi yeni görünüşündən razı olduğunu bildirib:

"Kompleksdən, artıq çəkidən xilas oldum. Yeni bir Samirəni kəşf etdim. İstədim zahiri gönüşümü də dəyişim. Fikirləşdim, elə saç düzümü edim ki, heç kimdə olmasın. Hələ ki, əsas rəng olaraq qaranı saxlayıram. Onu dəyişməyə qorxuram ki, sevənlərimi itirərəm, onlara yadlaşaram. Yavaş-yavaş gözü öyrəşdirmək lazımdır. İmic dəyişikliyi yaradıcılığıma da təsir edəcək. Bir-birindən maraqlı layihələrim var". 

Samirə imicini dəyişməyi sevgi ilə əlaqələndirənlərə cavab verib:

"Çoxları bunu həyatımda sevgi olması ilə əlaqələndirdilər. Amma mən deyərdim ki, səbəblər arasında acıq vermək var. "Artıq Samirə bitdi, özünə baxmır" deyənlər var idi. Elə onların acığına, belə dəyişikliklər etdim. Sevgi isə... Birinci özümə sevgim, məhəbbətim artıb. Özümü hər zaman axırıncı düşünmüşəm. Demişəm, onsuz məni belə də sevirlər. Amma indi qorxuram ki, mənə maraq azala bilər".

S.Əliyeva keçmiş həyat yoldaşı Rizvan Məmmədovla yenidən bir araya gəlmələrinə də münasibət bildirib:

"Biz həmişə belə mehriban olmuşuq. Sadəcə, bir damın altında yaşamırıq, ər-arvad münasibətində deyilik. Birlikdə uşaqlarımızı gəzməyə aparırıq. Qaynanalar, qaynatalarla birlikdə istirahətədə də gedirik. Bəlkə, gələcəkdə barışdıq, bəlkə də o başqasıyla ailə qurdu. Əsas odur ki, münasibəti dost kimi saxlayaq. Mən qorxuram, insanların yenidən qınaq obyekti olmaq istəmirəm. Evlənəndə də, boşananda da qınadılar. Evlənsək, yenidən ayrılsaq, mən bir də ayağa qalxa bilmərəm. İndi-indi güclə ayağa qalxmışam. Ona görə də çox düşünməliyik".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.