Şou-biznes

Rəqsanənin qızı türk serialında - VİDEO - FOTO

24 Fevral 2016 09:25
26 Şərh     Baxış: 25 932
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Estrada ulduzu Rəqsanənin qızı Aysunu tezliklə türk serialları və filmlərində izləyəcəksiniz.

Milli.Az bildirir ki, primetime.az-a danışan Aysun peşəkar şirkətlə anlaşma imzaladığını bildirib:

"Bildiyiniz kimi, aylardır İstanbuldayam. Aktyorluq sənətinin incəliklərini öyrənmək üçün peşəkar aktrisa Ayla Alqandan dərs almışam. Təhsilimi başa çatdırdıqdan sonra bir neçə film təklifi aldım. Amma mən bu işi peşəkarcasına görmək üçün tələsmədim. Nəhayət ki, çox peşəkar bir şirkətlə anlaşmışam. Bu şad xəbəri ilk olaraq sizinlə paylaşıram. "Aslı İslamoğlu Managmant&Cast Agency" şirkəti ilə 5 illik əməkdaşlıq üçün müqaviləyə imza atdım. Aslı xanım mənim menecerim olacaq. Müqaviləni bu gün imzalasaq da, Aslı xanımla 3 aya yaxındır tanışıq. İnanıram ki, bu işbirliyi hər birimizə uğur gətirəcək".

Qeyd edək ki, müğənninin bacısı oğlu Tunar da Türkiyədə aktyor kimi fəaliyyət göstərir. Tunar ilk obrazını "Muhteşem yüzyıl Kösem" serialında canlandırıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Rəqsanənin qızı türk serialında

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.