Şou-biznes

"Ad günümü sevdiyim insanla..."

23 Fevral 2016 17:51
12 Şərh     Baxış: 6 760
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün əməkdar artist Lalə Məmmədovanın ad günüdür. 

Milli.Az bildirir ki, təəssüratlarını axşam.az-la bölüşən müğənni bu günü dostları ilə birlikdə qeyd edəcəyini deyib:

"İlk təbriki bacılarımdan almışam. Daha sonra Pərviz adında bir dostum var, bir zamanlar prodüser olub, o təbrik etdi. Mütəmadi olaraq hər il fevralın 23-də məni təbrik eləməyi unutmur. Qızlarım açıqca hazırlayıblar. Anam, atam qucaqlayıb, öpüb arzularını deyiblər.

Bu diqqət məni sevindirir. Etiraf edim ki, məni təbrik edənlərin əksəriyyətinin doğum tarixini bilmirəm. Hamı kimi mən də hədiyyə almağı sevirəm. İlk aldığım hədiyyə isə gül dəstəsi olub. Səhər tezdən yerli gül dükanlarından biri qapımın ağzına qoyub. Bu günü mənə yaxın olan dostlarımla birlikdə qeyd edəcəm".

Milli.Az bildirir ki, publika.az-a açıqlama verən Lalə Məmmədova doğum gününü qeyd etmədiyini söyləyib: 
"Ad günlərimdə çox həssas oluram. Kövrəlirəm. İnsanların diqqət və sevgisindən təsirlənirəm. Mən şou nümayəndələrindən fərqli olaraq təmtəraqlı ad günü qeyd etmirəm. Düşünürəm ki, insan ad gününü qazanmalıdır, bu günü səbəbkar üçün dostları, tanışları keçirməlidir. Yəqin, bunun da bir zamanı var. Nə vaxtsa, mən də həmin ad gününü qazanaram".
 
Əməkdar artist yaşının üstünə yaş gəlməkdən narahat olmadığını bildirərək, qırışlarından da fəxrlə söhbət açıb:
 
"Yaşımın üstünə yaş gəlməsi məni qətiyyən narahat etmir. Güzgüyə baxanda görürəm ki, gözlərimin qırağında xırda qırışlar iz salır. Həmin qırışlar mənim həyat yolumdan, uğurlarımdan xəbər verir. İki övlad anasıyam. Heç vaxt bu qırışlara görə utanmayacağam. Artıq 38 yaşım var. Allah mənə 70-80 yaşı qismət etsin. Yaşadığım bu illər mənə çox şey verib. Bu səbəbdən, o illərin üzərindən heç vaxt xətt çəkə bilmərəm".
 
Lalə xanım ən böyük arzusunu da dilə gətirib:
 
"Bu gün həyatımda sevgilim yoxdur. Var desəm, yalan olar. Həyatımda boşluqdur. Amma ətrafımda bu boşluğu doldurmaq ümidilə yaşayan insanlar var. Tələsmirəm. Hələ ki, kənardan seyr edirəm. Qismətdən qaçmaq olmaz. Səhərdən qapım döyülür, hədiyyələrim gəlir. Amma ad günümü sevdiyim insanla romantik şəkildə qeyd etmək istərdim. Ümid edirəm ki, bu da olacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.