Şou-biznes

"Efirə çıxıb ağızlarına gələni danışırlar" - VİDEO

23 Fevral 2016 17:29
3 Şərh     Baxış: 2 176
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Aslan Hüseynov Alternativ TV-də (Region TV) yayımlanan "Şou məkan" verilişinə açıqlamalar verib.

Milli.Az xəbər verir ki sevilən ifaçı həmkarlanı sərt şəkildə tənqid edib: "Bəzi ifaçılar şah-padşah olub, sonradan nökərə çevriliblər. Mən onlardan deyiləm. Hətta xalq artistlərimiz var ki, əvvəl guruldadılar, sonra da özlərini ucuz reklam elədilər. Elə ucuz gündəmdə qalmaqdansa, qalmamaq yaxşıdır. Səhər, gündüz, axşam efirə çıxıb ağızlarına gələni danışırlar. Olmayan söhbətləri deyirlər. Yekə-yekə danışırlar. Səni izləyən milyonlar da deyir ki, kimsən e, sən? Mən elə şeylər etmək istəmirəm. Ad çəkməsəm də, düşüncəli tamaşaçılar kimləri nəzərdə tutduğumu anlayırlar. Söhbət ondadır ki, sən özün olasan, yenilik gətirəsən sənətə. Mən çox yenilik gətirmişəm sənətə, paxıllar bunu qəbul etmirlər".

Sənətçi yeni yaradıcılıq işlərindən danışıb: "Yeni duet ifa etmişəm. Mahnının da adı "Sən nə desən, haqlısan"dır. Məncə, yaxşı bir mahnı alınıb".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.