Şou-biznes

Günah məndədir, gərək qəbul etməzdim" - FOTO

23 Fevral 2016 17:43
18 Şərh     Baxış: 4 126
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Günay İbrahimli toysuzluqdan şikayətlənib. 

Milli.Az xəbər verir ki, axşam.az-a açıqlama verən sənətçi büdcəsinin azaldığını bildirib:

"Böhrana görə toy bazarında hamıda durğunluqdur. Hətta o qədər işsiz qalmışıq ki, insan hərdən müğənni olduğunu da unudur. Bu da büdcəmə çox təsir edib. Bəzi xərclərimi azaltmışam. İlk növbədə, geyimlərimə az pul xərcləyirəm. Həftədə üç dəfə alış-verişə gedən Günay indi qalıb belə. Şükür ki, hədiyyə libaslar verən çoxdur. Pis günün ömrü az olar. Hamı necə, mən də elə. Müğənni tanındıqca xərci də çoxalır. Nə qədər pul olsa, bəs etmir".

Yeni mahnı hazırlayan G.İbrahimli klip çəkdirəcəyini deyib:

"Yeni mahnım var. Musiqisi Tərlan Məmmədhüseynova, sözləri Fərdi Quliyevə məxsusdur. Bu, mənim "Sənə bağlanıram" komandası ilə növbəti işbirliyimdir. Mahnıya hələ ad qoymamışam, amma oxumuşam. Çox gözəl bir bəstədir. Buna klip də çəkdirəcəm. "Sadəcə sev" filmim hazırdır. Bu aralar kinoteatrlarda çoxlu qala gecələr var. Buna görə də təqdimatı aprelə saxladıq. Konsert bəzi səbəblərdən təxirə düşdü. Günah məndə oldu, konsert təklifi gəldi, gərək qəbul etməzdim. Ən böyük arzularımdan biri Heydər Əliyev Sarayında konsert verməkdir. Nəyin bahasına olursa-olsun konsert edəcəm. Düzgün insanlarla işləmək lazımdır".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.