Şou-biznes

Rəqsanə xərçəng xəstəliyinə tutulub? - YENİLƏNİB

23 Fevral 2016 18:16
76 Şərh     Baxış: 35 840
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18:16

Müğənni Rəqsanə İsmayılovanın yerli mediada xərçəngə tutulması barədə xəbər yayılıb. Milli.Az xəbər verir ki, big.az-ın əldə etdiyimiz məlumata əsasən, müğənni xərçəng xəstəliyinə düçar olmayıb və yayılan informasiya, sadəcə, yalandır. 

Xatırladaq ki, 2011-ci ildə də eyni başlıqla bu cür xəbər yerli media orqanlarında yer almışdı. Bu gün də aktual.az saytı bu xəbəri yenidən yeni xəbər kimi əsassız olaraq gündəmə gətirib.

---------

16:26

Özümü ölümə hazır hiss edirəm!

Milli.Az aktual.az-a istinadən bildirir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova deyib. Son zamanlar həyatının "qara zolağını" yaşayan müğənni xərçəng xəstəliyinə tutulduğunu açıqlayıb.

Ağır yol qəzaları keçirdən müğənni indi də öləcəyini düşünür. 7 ildir başında inkişaf edən şişdən xəbərsiz olan Rəqsanə xərçəng xəstəliyinə tutulduğunu deyir. Arıqlayıb 42 kiloqram qalan sənətçi həyatdan ümidini belə, üzüb.

O, qardaş ölkə Türkiyədə əməliyyata yollansa da, bunun ona kömək olmayacağını düşünür. Başına gələn bu vəziyyəti ilk dəfə dilinə gətirən müğənni müsahibə zamanı göz yaşlarına hakim ola bilməyib. "Elə bilirəm ki, o əməliyyatdan qayıtmayacam", - deyə məşhur müğənni bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.