Şou-biznes

Məşhur rus aparıcı azərbaycanlı qızlardan şikayətləndi - FOTO

23 Fevral 2016 16:31
14 Şərh     Baxış: 10 158
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur rusiyalı aparıcı Kseniya Borodina onu sosial şəbəkədə təqib edən bakılı qızlardan şikayətlənib.

Milli.Az anspress-ə istinadən bildirir ki, məlumatına görə, aparıcı naməlum Bakı sakininin bir ildir ki, onu təqib etdiyini, tanışlarına mesajlar yazdığını və əleyhinə dəlil toplamağa çalışdığını bildirib.

"Bu qadın ömrünün bir ilini bizə həsr edib. O, müntəzəm olaraq, məni, həyat yoldaşımı, mənim övladımı, bir sözlə mənə doğma olan hər kəsi təhqir edir. Səbinə adlı bu qadın ətrafına bir qrup toplayaraq, hərə kəsə təlqin etməyə çalışır ki, mənim ailəm saxtadır. Bu qadın məni bütün hamiləliyim boyunca "cana yığdı". Mənə çox maraqlıdır o qadının həyat yoldaşı nə düşünür görəsən?! Onun həyat yoldaşının əməllərindən, ümumiyyətlə, xəbəri varmı?! Bu qadın gecə-gündüz yaratdığı çirkin qrup ilə birgə mənim tərəfimdən bir vaxtlar qara siyahıya salınmış insanlara mesajlar yazır, onları da mənə qarşı qaldırır", - deyə aparıcı Rusiya telekanalına verdiyi müsahibədə bildirib.

"Siz deyə bilərsiniz ki, bu cür insanlara fikir verməyim. Lakin mən istəyirəm ki, Qafqazda yaşayan bu qadın öz əməllərindən bir damcı da olsa utansın, görsün ki, o, nələr edib. Mənim Azərbaycanda çoxlu dost-tanışlarım var və onların hamısı hörmətə layiq insanlardır", - deyə Borodina əlavə edib.

1983-cü ildə Moskvada anadan olan aparıcı həm də aktrisalıq və DJ-liklə məşğuldur. İlk dəfə 2008-ci ildə Yuri Budaqov adlı biznesmenlə ailə həyatı quran Kseniya 2011-ci ildə ondan ayrılmağa qərar verib. Aparıcı ikinci dəfə 2015-ci ildə Qurban Omarov adlı biznesmenlə ailə qurub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.