Şou-biznes

Aparıcı çirkli avtomobilini Zamiqə yudurdub - VİDEO

23 Fevral 2016 13:37
2 Şərh     Baxış: 4 191
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Zamiq Hüseynovun 2008-ci ildəki maraqlı görüntüləri üzə çıxıb. 

Milli.Az big.az-a istinadən xəbər verir ki, Lider TV-də yayımlanan "Tezdən oyan" verilişinin aparıcısı Firuzə Cəlilova (Fira) bu görüntüləri üzə çıxarıb.

Süjetdən göründüyü kimi Zamiq ona tapşırılan işi - maşın yumaq işini layiqincə yerinə yetirir. Zamiq maşını elə ürəklə yuyur ki, avtoyuma mərkəzində işləyənlər bu videoya baxsalar, Zamiqdən çox şey öyrənə bilərlər. 

Zamiq deyir ki, kim istəsə, sifarişlə maşınını yuya bilərəm.

Verilişin qonağı olan Zamiq bu görüntüləri görəndə özü də təəccüblənib. Zamiq bildirib ki, o Zamiq indi yoxdur: "Özümə, köhnə illərə baxanda utanıram, sıxılıram. Qaldı ki, maşın yumağa yenə də maşın yuya bilərəm".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Aparıcı çirkli avtomobilini Zamiqə yudurdub

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.