Şou-biznes

Xədicədən Samirəyə: "İlk qısa saçlı aparıcı o olmayıb" - FOTO

23 Fevral 2016 12:01
7 Şərh     Baxış: 4 879
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı Xədicə Sənanqızı fotokamera qarşısına keçərək şəkillər çəkdirib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, aparıcı televiziyadakı çatışmazlıqlardan bəhs edib:

"Hər verilişin özünəməxsus tamaşaçısı var. İmkan olanda telekanallarımızı izləyirəm. Efirlərimizdə yaxşı layihələr çatmır. Buna da böyük vəsait lazımdır. Bizim lazımi qədər istedadlı aparıcılarımız var. Sadəcə, onlara verməyə yetərincə pul yoxdur".

Hər zaman qısa saçla dolaşan X.Sənanqızı son günlər imicini dəyişməsi ilə diqqət çəkib. Saçını uzadan Xədicə ATV-nin aparıcısı Samirə Mustafayevanın "Xəbərlər aparıcıları arasında Azərbaycanda ilk dəfə mən saçlarımı qısa kəsdirmişəm" sözlərinə də cavab verib:

"Bir vaxtlar televiziya məkanında inqilab edən aparıcılardan olmuşam. İlk dəfə sarı və qısa saçı da mən etdim. 10 il bu imicdə gəzdim. İndi hamının bir-birinə bənzədiyini görüb, saçımı uzatmaq qərarına gəlmişəm. Tarixə baxsaq, 1997-ci ildə ANS televiziyasında efirə sarı və qısa saçda çıxan mən oldum. Məndən əvvəl isə qısa saçda Gülgün xanım xəbərləri aparıb. Samirə xanıma belə xoşdursa, desin. Mənim o xanıma qarşı simpatiyam var. Qalmaqaldan uzaq olduğum üçün bu mövzuda çox danışmayacam".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.