Şou-biznes

Röya: "Rəşad Sadıqovu yuxumda görürdüm"

21 Fevral 2016 21:15
121 Şərh     Baxış: 12 684
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Röya Ayxan Avropa çempionatının səfiri seçilməsi ilə bağlı öz fikirlərini paylaşıb. 

Milli.Az aznews.az-a istinadən xəbər verir ki, Röya bu işin zövqlü olduğunu bildirib: "AFFA böyük etimad göstərdi, Avropa çempionatı 2016-nın səfiri seçildim. Bu diqqətə ikinci dəfədir ki, layiq görülürəm. İlk dəfə Avropa Oyunlarında avarçəkmə üzrə ulduz seçildim. Bu işin zövqünü duydum, indi isə futbol üzrə səfirəm". 

R.Ayxan sosial şəbəkədə əvvəllər futbolla bağlı mübahisələr etdiyini də yazıb "Əvvəl dostlarımla futbola görə dava edirdik. Rəşad Sadıqovu yuxumda da görürdüm. Bu gündən mən də oldum futbolu sevən və əsası odur ki, bütün oyunları birlikdə izləyəcəyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.