Şou-biznes

Natavan Röyaya cavab verdi: "Kimə "çuşka" demişiksə..."

20 Fevral 2016 10:02
333 Şərh     Baxış: 27 763
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəzər TV-də qonaq olan müğənni Röyanın əvvəllər onu "çuşka" adlandırmaları ilə bağlı dediklərinə Natavan Həbbi fikir bildirib. O, "kimə deyirdiksə, elə indi də deyirik. Əslində, mən məntiqi başa düşmədim. Bunu çox bəzəyib danışırlar" söyləyib. 

"Nəbilim vallah, demişiksə, əcəb eləmişik, bizim aramızda o qədər zarafatlar olub ki, indi onları açıqlasaq... Hamı həmişə yüksəklərdə olsun, amma biz bir-birimiz üçün heç vaxt yüksəklərdə olan ulduz ola bilmərik, çünki, biz bir böyüyən uşaqlar olmuşuq. 

O vaxtlar hamı biri-birinə çox şey deyirdi, ona isə lap çox şey (gülür). O xəbərlər çıxandan sonra çox şeylər yadıma düşdü, keçmişi yada saldım. 

Hal-hazırda heç kəs heç kəslə görüşmür, hərənin öz işi-gücü var. Amma tanıdığımız birinin efirdə əzilib-büzüldüyünü gördükdə deyirik "az bəsdi, axı sən bu deyilsən"". 

Cavan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.