Şou-biznes

"Uzaq olanda daha şirin olursan" - Samirə keçmiş əri haqda

19 Fevral 2016 17:54
145 Şərh     Baxış: 14 470
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aşıq Samirə Əliyeva keçmiş həyat yoldaşı Rizvan Məmmədovla birlikdə yayılan səmimi fotolarından danışıb. 

Axşam.az-ın məlumatına görə, ifaçı "Hər şey daxil" verilişində barışıq olub-olmaması ilə bağlı sualları cavablandırıb:

"Ramal İsrafilovun balasının ad günündə rastlaşdıq. Dostluq münasibətimizi saxlamışıq. Düşmən deyilik. Ayrılanda da gərək yer qoyasan ki, üz-üzə gələndə salamlaşasan. O, mənim uşaqlarımın atasıdır, mən də onun övladlarının anasıyam. Müəyyən münasibətlər qorunub saxlanılmalıdır. Yenidən birləşməyə gəldikdə isə... Qismət... İnşallah".

S.Əliyeva "Belə mehriban idinizsə, niyə ayrılırdınız" sualına isə "Uzaq olanda daha şirin olursan" deyə, cavab verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.