Xalq artisti Nazpəri Dostəliyeva fevral ayında Türkiyəyə olan səfərini təxirə salıb.
Milli.Az primetime.az-a istinadən xəbər verir ki, açıqlama verən sənətkar, nə səbəbdən belə bir addım atmasına aydınlıq gətirib: "Ötən il keçirdiyim mətbuat konfransında jurnalistlərə söz vermişdim ki, fevral ayında yaradıcılıq işlərimlə bağlı İstanbula səfər edəcəyəm. Gedişimin əsas səbəbi Türkiyənin çox tanınmış musiqi şirkətlərindən biri ilə imzalayacağım müqavilədir. Qərarım hələ də qüvvədədir. İnşallah, Bakıda görüləsi işlərimi tamamladıqdan sonra yolum Türkiyəyə olacaq. Odur ki, sevənlərim indidən uğur arzulasınlar".
Nazpəri xanım onu da qeyd edib ki, bu albomunun hazırlıqları iyuna qədər tamamlanacaq.
Milli.Az