Şou-biznes

Elza küsdüyü Ramalla barışıb - FOTO

18 Fevral 2016 14:29
2 Şərh     Baxış: 2 107
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Elza Seyidcahan mahnısını mənimsəməkdə ittiham etdiyi müğənni Ramal İsrafilovla barışıb. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı Ramalın qızı Liyanın 1 yaşı münasibətilə keçirilən tədbirə qatılıb. 

E.Seyidcahan səmimi fotolarını sosial şəbəkədə paylaşıb. 

Qeyd edək ki, E.Seyidcahanın bəstələdiyi "İstanbul" mahnısında müəllif kimi R.İsrafilovun adının yazılmasına əsəbləşib. O: "Əgər internetdə bunu başqası edibsə, Ramal dərhal sildirməliydi. Mahnını təqdim etdiyim Mehman Tağıyev də mənimlə buna görə mübahisə edib. Elə düşünüb ki, başqasının bəstəsini ona özümünkü adıyla vermişəm", - deyə bildirmişdi. 

"İstanbul" bəstəsinin sözləri millət vəkili Qənirə Paşayevadır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.