Şou-biznes

"Bacarıqlı" müğənnilərimiz: xeyriyyə konsertində dava - FOTO

18 Fevral 2016 12:43
2 Şərh     Baxış: 8 295
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün Rus Dram Teatrında baş tutan xeyriyyə konsertində gərgin anlar yaşanıb.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, tədbir küsülü olan məşhurların bir araya gəlməsi, kiçik qalmaqalların yaşanmasıyla yadda qalıb. 

Konsert proqramında müğənni Roza Zərgərli ilə xeyriyyə tədbirinin təşkilatçıları arasında qalmaqal yaşanıb.

Konsertin gündəliyinə uyğun olaraq hər ifaçıya bir mahnı oxuması barədə şərt irəli sürüb. Ancaq Roza Zərgərli xeyriyyə ianələrinin toplandığı qutunu götürərək zalı gəzməyə başlayıb. Müğənni ikinci mərtəbəyə qutuyla birgə çıxan zaman ikinci mahnının səslənməsini xahiş edib. Bu xahişi təşkilatçılar rədd ediblər, qalmaqal yaşanıb.

Müğənni kulisdə təşkilatçılarla mübahisə edib, bu addımı onlar üçün atdığını söyləyərək hirsli halda məkanı tərk edib.

Bir müddət əvvəl aralarında böyük qalmaqal yaşanan, bir-birinə atmacalar atan iki tanınmış sima da bir araya gəlib. Tədbirin aparıcı Afaq Gəncəli müğənni Natavan Həbibiylə kulisarxası görüşüb, salamlaşıb.

Eks-küsülü məşhurlar fotokameralar barışıq pozaları veriblər.

Xatırladaq ki, Afaq-Natavan qalmaqalı ATV-nin canlı efirində baş vermişdi. İlhamə Qasımova, Oksana Rəsulova və Natavan Həbibinin qonaq olduğu verilişdə anlaşılmazlıq yaşanmışdı. Afaqın "İlhamə digər həmkarlarına baxanda doğru yolu seçib" cümləsi qarşı tərəflərin etirazına səbəb olmuşdu.

Aparıcı Afaq Gəncəli açıqlamasında Natavanla çoxdan barışdığını bildirib:

"Biz çoxdan barışmışıq. İnsan öz yaxınlarıyla həmişə küsür. Mənim küsmək sözündən xoşum gəlmir, aramızda inciklik olub".

Müğənni Natavan Həbibi isə açıqlamasında hər şeyi unutduğunu bildirib:

"Qalmaqalla bağlı heç nə yadımda deyil. Hər şey yaxşıdır. İllərdir ki, Afaqı tanıyıram. İndi də onun hər günündə yanındayam. Bizim münasibətimiz bir az başqadır. Bunu Afa və mən bilirik".

Daha sonra isə müğənni səhnədə çıxış edib, dəhlizdə jurnalistlərin suallarını cavablandırıb.

Bu zaman aralarında soyuq külək əsdiyi digər həmkarı Röya Ayxan konsertin baş tutduğu məkana daxil olub. Hər iki ulduz bir-birilərini görməməzliyə vurub.

Xatırladaq ki, iki məşhur 2014-cü ildə münasibətləri korlanıb. Röyanın Natavan Həbibinin solo-konsertinə gəlməməsi soyuqluğun yaranması ilə nəticələnmişdi.

Röya Ayxan kulisə daxil olaraq digər həmkarı, eks- W-Trioçu Xuraman Şuşalıyla görüşüb. Röya ilə Xuraman bir-birilərinə təriflər yağdırıb, övladlarına xoş arzular diləyiblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.