Şou-biznes

"Heç vaxt sırğa taxmayacağam, saçımı uzatmayacağam" - FOTO

18 Fevral 2016 13:27
11 Şərh     Baxış: 3 211
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Vasif Məhərrəmli qalmaqala səbəb olan saqqal məsələsinə aydınlıq gətirib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, açıqlama verən ifaçı "Kişi təmiz olmalı, saqqal saxlamamalıdır" cümləsinin yanlış anlaşıldığını bildirib:

"Ötən gün Niyam Salami ilə bu haqda danışdıq. Mən saqqalı qınamamışam. Mömin insanlarımız var ki, onlar da saqqal saxlayırlar. Bu ifadəmi onlara şamil etmirəm. Mən saqqal deyəndə, üzü tüklü olmağı nəzərdə tutmurdum. Bir də var ki, saqqalı yerə sallanır. Bunu qəbul etmirəm. Sözümün ağasıyam, dediyimdən qaçmıram. Heç vaxt saqqal saxlamayacağam, sırğa taxmayacağam, saçımı uzatmayacağam".

V.Məhərrəmli devalvasiyanın toylara təsirindən də bəhs edib:

"Toylar zəifdir, amma bunu şişirtmək lazım olmaz. Həmişə qış aylarında belə olub. Hamı məclisini isti aylarda etməyi istəyir. Vaxt olub ki, ayda 25 toya getmişəm. Son devalvasiyadan sonra toyun olmaması sənətçilər arasında təlaş yaradıb. Gedib dollar alma, sənə də təsir etməsin".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.