Şou-biznes

Aygün Elza ilə Toliki barışdırdı - VİDEO

14 Fevral 2016 22:18
5 Şərh     Baxış: 4 114
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prodüser Tolik əməkdar artist Elza Seyidcahanın ötən həftə "ATV Maqazin 10larla" verilişində onun ünvanına səsləndirdiyi iradlara cavab verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Tolik elə həmin verilişdə artıq Elza xanımla barışdığını və buna xalq artisti Aygün Kazımovanın vəsilə olduğunu deyib:

"Heç vaxt Elza xanıma təhqiredici söz deməmişəm. Bu yaxınlarda Aygün xanımla telefonda danışırdıq. Dedim, bilirsiniz də, mən Bakıda olmayanda Elza mənim haqqımda belə bir müsahibə verib. Dedi sən cavab vermə ona. Buna neqativ rəy bildirsən, pis olar. Qoy məsələni mən həll edim. Yarım saat sonra Aygün xanım mənə bildirdi ki, mənim haqqımda İnstaqramda yazılanlar silinib, sən də onun haqda yazdıqlarını sil. Söylədim ki, problem yoxdur və sildim. Qoy mehribançılıq olsun. Onsuz da, bu dəqiqə şou-biznes elə bir gərgin durumdadır ki, mən istəyirəm sakitlik olsun. Davalardan bezmişəm. Heç kim elə başa düşməsin ki, mən Elza Seyidcahandan qorxuram, ya da o, məndən qorxur. Bizi bir-birimizə hörmət bağlayır".
 
Xatırladaq ki, Tolikin İnstaqram səhifəsində Elza Seyidcahanın "qadın nə istəyir" şeirindən bir parça paylaşaraq onu məsxərəyə qoyması əməkdar artisti əsəbiləşdirmişdi. O, Tolikə ismarış göndərərək "Əvvəla, sən mənim şeirimi paylaşanda məndən icazə almalısan. Sən mənim adımı qoymamısan ki, mənə "Elza" deyə müraciət edəsən. Məni atam-anam o cür çağıra bilər. Bir az diqqətli ol. Şou-biznesdə bir parça çörəyimi qazanıramsa, o demək deyil ki, mən sizin kimi bəzilərinin tayıyam. Mən istəsəm də, sizin tayınız ola bilmərəm" demişdi.
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Aygün Elza ilə Toliki barışdırdı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.