Şou-biznes

Doğuş və Xoşqədəm "ürəklərini boşaltdılar" - FOTO

14 Fevral 2016 18:27
62 Şərh     Baxış: 15 660
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin pop -  starlarından olan müğənni Doğuş və onun həyat yoldaşı, tanınmış jurnalist Xoşqədəm Hidayətqızı bu bazar "Yeni Müsavat"ın qonağı olublar. Cütlüyün qəzetə gəlişi aylar öncə Doğuş bəyin qəzetə özlə müsahibə verəcəyi sözünü tutması ilə əlaqədar olub. Bir neçə gündür Azərbaycanda olan Doğuş bəy səfərinin son günü qəzetimizin redaksiyasına təşrif gətirdi və olduqca maraqlı müsahibə verdi. Bəzən həyat yoldaşı Xoşqədəm Hidayətqızı ilə polemika və mükalimə şəraitində keçən müsahibədə çox suallara Doğuşun adından Xoşqədəm xanım cavab verməli olurdu. Çünki türkiyəli müğənni danışmağı sevmir və hiss edilən də bu idi ki, o, həyat yoldaşının onu anlatmasından daha çox məmnun qalırdı. 

Lakin verdiyi hər açıqlama Türkiyənin şou xəbərlərinə manşet olacaq qəbildən idi. Orada söhbət Doğuş və Xoşqədəmin yeni doğulacaq əkiz övladlarından, onların cinsiyyəti və harada doğulmasından tutmuş, uşaqların dünyaya gəlişindən sonra cütlüyün həyat tərzində nələrin dəyişəcəyinə qədər, çox şeylər var. 

Qəzet müsahibəni növbəti günlərdə yayacaq. Müsahibədən bəzi nüanslar:
 
- "Bizim üçün hər gün Sevgililər Günüdür"...
- "İstərdim ki, həyat yoldaşım daha əvvəlki kimi aktiv çalışmasın, Türkiyəyə, yanıma köçsün və işləsə də, Türkiyədə işləsin", deyən Doğuş bəylə xanımı niyə razılaşmır?
- Onların hər biri Türkiyədə ayrı-ayrı futbol klublarını dəstəkləsələr də, Azərbaycanda tutduqları tək komanda var; 
- Doğuş Alim Qasımov üçün yeni mahnı yazıb; 
- Türkiyənin tanınmış pop-starı yeni albomunun təqdimatını nəyə görə ləngidib? Həyat yoldaşına həsr etdiyi 3 mahnıdan heç biri niyə alboma daxil edilməyib?  
- Xoşqədəm Hidayətqızı ANS və onun rəhbərləri haqqında hansı sensasion açıqlamaları verdi: o, hansı yeni layihələrin üzərində işləyir və həyat yoldaşının "daha işləmə" təklifinə nə deyir? 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.