Şou-biznes

Tünzalə də Türkiyə şou-biznesinə qatıldı - VİDEO

13 Fevral 2016 17:35
3 Şərh     Baxış: 2 791
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Tünzalə Ağayeva "Hisar" adlı yeni klipini təqdim edib. 

Axşam.az-ın məlumatına görə, ekran işi Türkiyənin məşhur "Netd Müzik" kanalında yerləşdirilib. 

Musiqisi ifaçının özünə, sözləri türkiyəli Vedat Gencə aid olan mahnını T.Ağayeva türk dilində oxuyub. Ekran işinin rejissorluğunu Burcu Erdoğan edib. 

Qardaş ölkədə "GNL Entertainment" şirkəti ilə işbirliyinə başlayan müğənninin ilk layihəsi "Hisar" olub. T.Ağayeva 2016-cı ildə Türkiyədə albom çıxaracaq və oranın şou-biznesinə qatılacaq.

Videonu izləmək üçün şəklə klikləyin:

Tünzalə Ağayeva

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.