Şou-biznes

Nazənin "gəlin"ini məhkəməyə verdi - Nikahdan kənar uşaq qalmaqalı

12 Fevral 2016 23:23
93 Şərh     Baxış: 14 033
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Nazənin Salayeva ilə oğlu Fəxrinin evlənməmişdən əvvəl qeyri-rəsmi münasibətdə olduğu qadınla arasındakı qalmaqal bir az da böyüyüb. 

Müğənninin oğlunun keçmiş sevgilisi Nazənini qeyri-qanuni uşaq dünyaya gətirməkdə ittiham edib. 

Milli.Az xəbər verir ki, bu barədə aznews.az-a danışan Nazənin bildirib ki, o, 16 il bir yerdə yaşadığı kişidən uşaq dünyaya gətirib: "16 il yaşamışıq. Ondan sonra qərar verdik ki, uşağımız olsun. Onunla rəsmi nikaha isə uşaq dünyaya gəlməmişdən əvvəl girmişəm. Onun kimi bir dəfə tanıdığım kişidən dünyaya uşaq gətirməmişəm. O, özünü necə mənimlə bir tutur? Haranın zibilidir ki, mənim adımı ağzına alıb danışır?"

Nazənin onu da əlavə edib ki, bu gün həmin qadını və onun arxasında dayananları məhkəməyə verib. 

Xatırladaq ki, Fəxrinin evlənməmişdən əvvəl vətəndaş nikahında yaşadığı qadın Nazənini nikahdankənar uşaq dünyaya gətirməkdə ittiham edib: "Nazənin 03.08.2012-ci ildə nikaha daxil olub. Kiçik oğlu Orxan isə 14.09.2012-ci ildə doğulub. Adını özü desin uşağının. Qızıma dedikləri ad onlara daha çox yaraşar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.