Şou-biznes

"Nazənin doğma nəvəsinə bic deyirdi, DNT testi elətdirdim..." - FOTO

12 Fevral 2016 18:11
46 Şərh     Baxış: 16 975
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Nazənin Salayevanın oğlu Fəxrinin 2 yaş 3 aylıq qızı Aylinin anası big.az-a müsahibə verib. Müsahibəni təqdim edirik. 

- Lap əvvələ qayıdaq. Fəxri bəylə nə vaxt tanış olmusunuz?  

- 2012-ci ildə. 

- Aylinin necə yaşı var?

- 2 yaş, 3 aylıqdır. 

- Fəxri bəy indi evlidir?

- Bəli evlidir, Aylinin bir yaşından sonra evləndi.

- Bəs övladının varlığından xəbəri var idi? 

- Əlbəttə, onu necə bilməyə bilər, mən gizlətməmişəm. DNT testi edəndə də özü də gəldi...

- DNK testi də elətdirmisiniz? Niyə?

- Bəli etmişəm. DNT testini də öz gücümə, öz hesabıma etdirmişəm. Nazənin müsahibəsində bildirib ki, guya testi o, öz hesabına etdirib. Amma bu yalandır. Deyirdi ki, o uşaq bizim oğlumuzdan deyil və biz ona soyad vermirik. Onların ailəsinin "gözəl" sözü var. "O uşaq bicdir". Mən düşünürəm ki, ata və anası olan uşağa bic demirlər. Amma Nazənin deyirdi ki, nəvəsi guya bicdir. Dedilər ki, get nə istəyirsən et, biz soyad verməyəcəyik. Çox yalvardım, hətta dedim ki, 18 yaşına kimi alimentdən də yazılı sürətdə imtina edərəm, təki qızıma soyad versinlər, axı Aylin qız uşağıdır. Bu soyad ona lazımdır. Dedilər uşağı özün üçün doğmusan, biz o uşaqla maraqlanmırıq. 

- DNT testi üçün bilirik ki, çox vəsait tələb olunur. Bəs o pulu kim verdi? 

- Mən. Özüm ödədim o pulu. Dedim, nə olar, o pulu ödəyin heç olmasa.... Mən sizdən aliment də istəmərəm, vermədilər. Məcbur qaldım 1000 manat borc tapdım, 1000 manat da bankdan kredit götürdüm. Sübut etdim ki, Aylin Fəxrinin qızıdır, onlar dediyi kimi "bic" deyil. Amma yenə o sözü dedilər mənim uşağım üçün... Sonra məhkəmədə qalib gəldim, soyadını aldım. Məhkəmədə qalib olanda pul geri qaytarılır, bilirsiniz yəqin. Mənə də o pulun 1500-ü qaytarıldı, özü də hissə-hissə... 

- Analizdən sonra bəs Nazənin xanım nəvəsini bağrına basdımı? 

- Yox, o, heç bu günə kimi Aylini görməyə gəlməyib ki... Heç maraqlanmır da... Heç adını da çəkmir. 

- Amma Fəxri bəy ilə görüşürsünüz?

- Mən dəfələrlə demişəm gəlib-getmə. Amma gəlib, hə... 

- Uşağına baxır?

- Yox. Sadəcə, uşağı görür, gedir. Fəxrinin pulu var ki? Mən o ailədən maddi cəhətdən heç bir şey görməmişəm. 103 manat alimentdən başqa... O alimentə görə də Fəxrinin bacısı dəfələrlə yığıb, dedi ki, sən dilənçisən, alimentdən imtina et. Axı o aliment nəyə çatır?! Xahiş edirəm, tək övlad böyüdən analar məni anlayar. Axı o nə puldur ki, mənim başımı o qədər ağrıtdılar. Nazəninin ağzından pul sözü düşmür. Bildirib ki, pula görə guya uşaq doğmuşam. Mənim uşağım yox idi doğdum, heç peşman da deyiləm. Bəs Nazəninə nə olmuşdu iki, böyük övladı ola-ola 50 yaşında niyə Orxanı doğdu? Yəqin "pula görə doğdu" deyəndə özünü nəzərdə tutub. İnsan danışanda birinci Allahdan qorxar. Pula görə doğsaydım, onları şantaj edərdim, qapılarına gedərdim, haqqımı tələb edərdim. Qoy Allahları ilə desinlər ki, nə yardım ediblər uşağa? Hətta xəstə olanda belə, xəstəxanaya gəlmədilər, dərman pulu vermədilər. Oğlu da dəfələrlə deyib ki, mənə anam-bacım pul verir. 

- Bəs necə dolanırsınız?

- İşləyirəm. "Moskva göz yaşlarına inamır" filminə baxmısınız?! Səhər zəngli saatı qururam, tezdən oyanıram, Aylini doyunca öpüb, aparıram anamgilə. Sonra gedirəm işə... (ağlayır-red)

Aylin də arxamca ağlayır, ondan gizlin qaçıram işə... Əslində, mən indi balama lazımam, amma onun 3-4 ayından işləyirəm, çünki məcburam. Bacım, atam, anam kömək edir. Şükür Allaha, qızıma hamıdan yaxşı baxıram. 

- Aylin bəs atası üçün darxır?

- Mən sənə sms-ləri də göstərə bilərəm ki, Fəxriyə min dəfə demişəm ki, gəlib-getmə. Çünki uşaq elədir ki, tez öyrəşir. Məsələn, bazar günü səhər Aylinlə oynayırıq, robot düzətdik. Balaca robot Aylin, böyüklər isə Fəxri və mən idim. Deyir mənə ki, bunlar ata, ana və mənəm. Deyir ki, gedək atanın yanına... Atası gələndə zəng edirdi, Aylin də bəzənirdi, təzə paltarlarını geyirdi, sonra biz gedirdik gəzməyə... Atası gec-gec gələndə atasına naz edirdi, küsürdü. Atası iki gündən bir gəlirdi, bu istəyirdi ki, atası hər gün gəlsin. Yalvarırdıq ki, barışsın, Aylin atası ilə... Fəxri Aylinin üzündən, əlindən öpürdü ki, qızım barış mənimlə... 

- Bəlkə özün Nazənin xanımla danışardın, nəvəsi barədə... Axı o da anadır, qadındır, bəlkə anlayardı səni, kömək edərdi. 

- İndi şükür edirəm ki, bu günə kimi Nazəninlə danışmamışam. Nənə, ana, qadın olan şəxs çıxıb, öz nəvəsinin anasına o sözləri deməzdi. Mən də çox şey deyə bilərdim, sadəcə, özümə yaraşdırmadım. Çünki mən özümə hörmət edən xanımam. Hətta müsahibəsində deyib ki, mən onun oğlundan 8-10 yaş böyüyəm. Yəqin Nazənin demək istəyirdi ki, Aylinlə balaca oğlu arasında bir yaşa qədər fərq var. Deyir ki, nikahdankənar uşaq dünyaya gətirmişəm. Mən bunu danmıram. Bəs Nazənin 03.08.2012-ci ildə nikaha daxil olub. Kiçik oğlu Orxan isə 14.09.2012-ci ildə doğulub. Adını özü desin uşağının. Qızıma dedikləri ad onlara daha çox yaraşar. 

- Heç cür razılığa gələ bilməzsiniz, yəni?

- Mənə dəfələrlə gizli zənglər gəlib, təhqir ediblər, hədələyiblər. Mən də qorxub, 102-yə müraciət etmişəm. Polisə müraciət edəndə, Nazənini cərimələdilər. Çünki məni və qızımı təhdid edib, çox pis söyüşlər deyilirdi. Əlimdə sübut da var. 102-yə yığdıq, şikayət etdik, sağ olsun dövlətimiz, qayda-qanunlarımız. Məni və balamı təhqir etdiyi üçün Nazənin xanımı polisə verdim. Bir dəfə belə mən uşağımın kimin nəvəsi olmasını deməmişəm.

- Utanmısınız deməmisiniz, ya qorxmusunuz?

- Qorxmuşam. Deyirdilər, bizim pulumuz var, tanışlarımız var. Dedilər uşaq barədə mediaya danışsan deyəcəyik ki, sən gəzəyənsən. Deyəcəyik ki, sən Fəxrinin dostları ilə münasibətdə olmusan. Bunu mənə İnstaqram-da yazıb, Nazəninin profilindən. Sübutumu təqdim edirəm. 

Xahiş edirəm ki, əgər belə bir şey olubsa, mən əxlaqsız biriyəmsə, mənim bir dənə əxlaqsız fotomu, ya Fəxrinin dostları ilə nə isə görüşəndə çəkilən videomu, fotomu təqdim etsinlər. Necə mən sübutlarla danışmıram, onlar da mənə sübut təqdim etsinlər. Məni şərləməsinlər, Allah baxır. 

- Bəlkə Fəxrinin bacısından kömək istəyəsiniz.

- O, mənə dedi ki, övladını yetimxanaya ver. Özü niyə uşağını yetimxanaya vermir? O, anadır, mən yox?! Necə olur mötəbər ailələr yetimxanadan uşaq götürüb, övlad edirlər, mənə, amma deyirlər ki, doğma balanı ver yetimxanaya... Bunu Allah götürər? Onun bacısı hələ də balama "bic"dir deyir. 

- Bizim vasitəmizlə Nazənin xanıma nə demək istəyərsən? 

- Müsahibəm zamanı ona Nazənin deyə müraciət etdim. Hörmətsizlik kimi qəbul etməsin. Çünki onun müsahibəsində dediklərinə görə, guya onunla yaşıdam. Belə baxanda uşaqlarımız da həmyaşıddır. Hətta sizə bir söz deyim, Nazənin ilk müsahibəsində haqqımda dediyi nalayiq sözləri sübut etsə, ondan çıxıb, üzr istəyəcəyəm. Mən özümə güvənirəm, qızımın və ailəmin adına xələl gətirəcək heç bir hərəkətim olmayıb. Bundan sonra o, dediklərini sübut etməsə, ona cavab da verməyəcəyəm. Sadəcə, istədim ki, hər kəs onun necə nənə olduğunu bilsin. Verilişlərdə, kanallarda ona-buna kömək edir, amma heç nəvəsi ilə maraqlanmır. Nəvəsinin ona ehtiyacı olanda yanında olmur. Bu, necə nənəlikdir? Bu, necə qadınlıqdır?

- Nazənin xanım bildirir ki, səni onun düşmənləri məcbur edib ki, müsahibə verəsən, Aylin barədə danışasan. Təranə Qumralın da adı çəkilir. Bu barədə nə deyə bilərsiniz? 

- Aylin barəsində 2 il 3 aydır ki, susmuşdum. Məni danışmağa heç kim məcbur etmədi. İndi Təranə Qumral məcbur etdi? Təranə xanımı televiziyada görmüşəm, vəssalam. Mən Təranə Qumralı haradan tanıyım? Özləri, hərəkətləri, sözləri, söyüşləri məcbur etdi. Günahı özlərində tapsınlar. Dəfələrlə mənə deyirdilər ki, sən axı bizə nə edə bilərsən? Düzdür, mən heç kimə heç nə edə bilmərəm, sadəcə, Allaha tapşırıram. Unutmasınlar ki, heç bir uşağın ahı yerdə qalmır. Mən nə ailə dağıtmışam, nə də ki, kiminsə uşaqlarını atasız qoymuşam. Nə də heç kimin ərindən uşaq doğmamışam. Kəbin və rəsmi nikaha qaldıqda, Fəxri mənə kəbin kəsdirməyi dəfələrlə təklif edib, mənim isə cavabım bu olub ki, vaxtında bunu etmək lazım idi. Lazım olsa, başqa sübutlarım da var. İndi isə uşağım 2 yaş 3 aylıqdır, gecdir. Nə oldu, ay Nazənin? Fəxrinin birinci arvadı pisdir, nəvəsinin anası pisdir, min bir dənə qız pisdir, ancaq sən yaxşısan?! Bundan artıq ona deyiləcək sözüm yoxdur, cavabım da... Yalnız mənim kimi sübut təqdim etsə, çıxıb ondan üzr istəyəcəyəm! 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.