Şou-biznes

Elnarədən Xatuna CAVAB: "Gözüm aydın"

12 Fevral 2016 17:18
62 Şərh     Baxış: 6 901
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Büğənni Xatun həmkarı Elnarə Abdullayevanı yalan danışmaqda ittiham edib. Müğənni bildirib ki, Elnarə Abdullayeva onun dəvət etdiyi məclisə qatılmamaq üçün yalan danışıb. Müğənninin hərəkətindən şoka düşdüyünü deyən Xatun bildirib: 

"Həmişə məclislərində iştirak edirdim. Ərkyana zəng vurdum ki, bəs mənim də məclisim var. Evdə otura-otura mənə deyir ki, rayondayam. Şoka düşdüm, inana bilməzdim ki, yalan danışır. Heç nə demədim ona. Dedim ki, ayıb olsun. Könül xanımla barışanda da efirə qoşulmuşdu. Mənə deyir ki, efirdə yalandan ağlayırdınız".

Big.az-a bununla bağlı açıqlama verən Elnarə Abdullayeva Xatunun dediklərini önəmsəməyib:

"Mənə ayıbdır bu barədə danışmaq. Mən şəxsən Xatunla danışıram. O, özü bilər. Mən sənətimlə məşğulam. Bu günə kimi də şüşə kimi yol gəlmişəm. Əgər nəsə xoşuma gəlməyəndə, mənim gücüm çatır ki, həmin adamı qırağa çəkib, sözümü deyim. Xatun nə edib, gözüm aydın. Mən sənətimdən, konsertimdən danışa bilərəm, Xatundan niyə danışım ki?"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.