Şou-biznes

Gülay: "O mənim 15 illik rəfiqəmdir"

12 Fevral 2016 13:16
15 Şərh     Baxış: 6 741
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sənət aləmində cəmi bircə insanla rəfiqəlik edirəm. Qalan hamıyla aramızda ancaq "salam-sağ ol" var". 

Bu sözləri axşam.az-a açıqlamasında müğənni Gülay Zeynallı deyib. İfaçı sənətdəki rəfiqəsindən danışıb:

"Mənim ən yaxın rəfiqəm tarzən Humay Qədimovadır. 15 ildir, onunla rəfiqəlik edirəm. Ailəvi get-gəlimiz olan sənət adamları da var".

G.Zeynallı efir qadağalarından da bəhs edib:

"Heç vaxt elə şərait yaratmamışam ki, mənə efir qadağası qoyulsun. Danışığımla, davranışımla, geyimimlə seçilib, ədəb-ərkanıma fikir vermişəm. Allaha şükür ki, hamısı yerindədir. Amma efir qadağasına pis baxmıram. Yaxşıya qiymət verilməlidir. Nəinki müğənni, danışığını bilməyən aparıcını da efirə buraxmamalıdırlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.