Şou-biznes

Bəstəkarlardan Ceyhuna etiraz

12 Fevral 2016 19:37
11 Şərh     Baxış: 2 077
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni-bəstəkar Ceyhun Əliyev mahnılarının qiymətini açıqlayıb.

Axşam.az xəbər verir ki, sənətçi bəstəsinin qiymətinin 5 min manat olduğunu deyib:

"Bura həm mahnının sözləri, həm musiqisi, həm aranjmanı, həm də müğənninin studiya çalışması daxildir. Bu gün mahnı bazarında mənim müəllifi olduğum nəğmələr üstünlük təşkil edir. Tələbatı hiss edirəm. Mahnılarım da biri-birindən fərqlənir. Ona görə də məbləği məhsula uyğunlaşdırmışam".

C.Əliyevin fikrinə bəstəkar Nailə Mirməmmədli münasibət bildirib:

"Əgər Ceyhun mahnını 5 minə yazırsa, mənim 19 minə mahnı yazmağa, yəqin ki, haqqım çatır. Əgər müğənni həmin mahnıdan artıqlaması ilə qazanc götürə bilirsə, məbləğı ödəməyə dəyər. Mahnı da o qədər gözəl olmalıdır ki, pul qazandıra bilsin. Mənim üçün gənc yazarların savad almağı, bahalı mahnı yazmaqdan daha vacibdir. Əgər istedad yoxdursa, bir-iki melodiya ətrafında fırlanacaqlar, sonra meydandan yox olacaqlar. 5 min manata mahnı satmaq üçün musiqi savadı olmalıdır. Mən iki ali təhsil almışam, amma bəstəkarlıq üçün yenə də bunu az bilirəm. Təklif edirəm, gəlib dərslərimizdə otursunlar, nə dediyimi o zaman daha dərindən başa düşəcəklər".

Bəstəkar Faiq Sücəddinov isə C.Əliyevi tanımadığını deyib. 

Müğənni hər iki bəstəkarın fikrinə cavab verib:

"Musiqi təhsilimi muğam və vokal üzrə almışam. Müəllimlərim Canəli Əkbərov və Teymur Əmrah olub. Nailə xanımın fikrinə hörmətlə yanaşıram. Düzdür, bəstəkarlığı bitirməmişəm. Nailə xanımın böyüklüyünün qarşısında baş əyirəm. Dəvət edir ki, gəlsin daha dərindən öyrənsin. Böyük məmnuniyyətlə, gedib öyrənərəm. Faiq müəllim baltalayır. Bəs onda biz gənclər yaşlı nəsildən nəyi öyrənək? Yaradıcılığımızı bilmək və barəsində danışmaq istəmirsiniz, aqressiv şəkildə yanaşırsınız. Bizim öyrənən vaxtımızdır, qol-qanadımızı sındırmaqdansa, düzgün yol göstərsinlər, səhvimizi desinlər ki, biz də gələcəkdə  yeni nəsilə doğru olanı aşılayaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.