Şou-biznes

Kənan M.M: "Mən "qoluboy" deyiləm"

12 Fevral 2016 10:51
47 Şərh     Baxış: 6 624
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış rejissor sosial şəbəkədə onu sevməyənlərə bir neçə sətir həsr eləyib. 

Milli.Az xəbər verir ki, rejissor Kənan M.M. İnstagram-ında onu gözü götürməyən şəxslərə bu sözləri yazıb:

"Mən özümdən razıyam, amma kafir deyiləm, mən lovğayam, amma vətən xaini deyiləm, mən yekəxanayam, amma haram yemirəm. Mən təkəbbürlüyəm, amma "qoluboy" deyiləm, mən kobudam, amma kimsənin haqqına girmirəm.

Özümü sevənəm, amma mən tanımadığım insan haqqında qəti rəy vermirəm. 

Mən Allahın mənə verdiyi ömrün saat və dəqiqələrindən boş yerə istifadə edib qiybət eləmirəm. Bəs sən, sən necəsən?

İnsan qəlbinin içini bilən yalnız Allahdır, sonda qərarı da Allah verəcək". 

Cavan

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.