Şou-biznes

Madonna və Cennifer Lopesdən Türkiyəyə 12 milyardlıq yardım

11 Fevral 2016 17:08
5 Şərh     Baxış: 4 721
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Türkiyəyə turist axınına qoyduğu embarqodan sonra bu ölkəyə dəyən 11 milyardlıq ziyanı Ankara hökuməti dünyanın tanınmış pop ulduzlarının konsertindən çıxaracaq.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Türkiyənin turizm mərkəzi olan Antalyada bu yay mövsümü tanınmış dünya ulduzları Madonna, Cennifer Lopes Castin Biber böyük konsert proqramı ilə çıxış edəcəklər.
 
Antalya Ticarət və Sənaye Evinin (ATSO) rəhbəri Davud Çətin bildirib ki, dünya ulduzlarının bu konserti Antalyada turizmi daha da canlandıracaq. O, bu konsertlərdən sonra ölkəyə turizmdən təqribən 12 milyard dollar vəsait daxil olacağını və bununla da Rusiya turistlərindən itirilən vəsaitin yenidən qazanılacağını söyləyib:

"Bundan başqa, Türkiyədə turistlərin sayını daha da artırmaq üçün Antalyada beynəlxalq ticarət yarmarkası təşkil etmək olar. Bunun üçün də, ilk növbədə, güclü "PR menecer" işləri aparılmalı və bu sahəyə ən azı 500 milyon dollar büdcə ayrılmalıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.