Şou-biznes

Müğənnilərin ödədikləri verginin həcmi açıqlandı - VİDEO

10 Fevral 2016 22:57
3 Şərh     Baxış: 3 144
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şou-biznes nümayəndələrinin dekabr ayında ödədikləri verginin həcmi əvvəlki 11 ayla müqayisədə 2 dəfə çox olub. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, vergilər nazirinin müavini Sahib Ələkbərov bu barədə məlumat verib. O, vergi borcları və könüllü ödənişlərin həcmindən  də danışıb.

Şou bines nümayəndələrinin vergiyə cəlb olunmasına nəzarətin güclənmədirilməsi öz bəhrəsini verib. Əvvəlki dövrlərlə müqayisədə ödənişlərdə əhəmiyyətli dərəcədə artım qeydə alınıb.

Vergilər nazirinin müavini dərman idxalının əlavə dəyər vergisindən azad olunması ilə bağlı aparılan müzakirələrə də münasibət bildirdi.

Sahib Ələkbərov qeyd etdi ki, yanvarın 1-ə Azərbaycanda vergi  borclarının məbləği 2,4 milyard manat olub ki, bu borcun da yarısı dövlət sektorunun payına düşür.

Yeri gəlmişkən, "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" adlı 5-ci Vergi Forumu keçirilib.  Forumda bildirildi ki, ümumi vergi daxilolmalarında qeyri-neft sektorunun xüsusi çəkisi 70%-dən çoxdur. Regionlar üzrə vergi daxilolmaları son 5 ildə təxminən 2 dəfə artıb, paytaxtdan kənar şəhər və rayonlar üzrə dövlət büdcəsinə 622 milyon manat vəsait cəlb edilib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Müğənnilərin ödədikləri verginin həcmi açıqlandı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.