Şou-biznes

Müğənnimizə sevgilisindən qiymətli hədiyyə - FOTO

10 Fevral 2016 16:43
31 Şərh     Baxış: 10 846
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Sevda Kazımovaya brilliant qaşlarla bəzədilmiş qızıl dəsti hədiyyə edilib.

Milli.Az bildirir ki, publika.az-a açıqlama verən sənətçi gecəyarı aldığı hədiyyədən məmnun qaldığını deyib:

"Bu gün doğum günümdür. Hədiyyə də o münasibətlədir. Bu günün ilk hədiyyəsi sayılır".
Maraqlıdır, hədiyyə kimdəndir?
Müğənni bunu da gizlətməyib:
"Sevgilimdən. Hər zaman mənə qiymətli hədiyyələr etməyi sevir. Doğum günümü də elə gecə ilə təbrik etdi. Bilir ki, bəzək əşyalarını çox sevirəm. O da məni sevindirmək istəyib. Deyə bilərəm ki, istəyinə nail oldu".
Sevgilisinin kim olduğuna gəlincə:
"Həyat yoldaşım mənim sevgilimdir. Ən qiymətli hədiyyələri də məhz ondan alıram".
Qeyd edək ki, Sevda Kazımovanın həyat yoldaşı ona ötən il də avtomobil hədiyyə edib:
"Bəli, ötən il də avtomobil hədiyyə etmişdi. Ancaq ondan sonra ikinci avtomobili də alıb".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.