Şou-biznes

Fatimə ağır xəstəliyə tutuldu - VİDEO - FOTO

10 Fevral 2016 16:40
19 Şərh     Baxış: 20 796
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rəqqasə Fatimə Alternativ TV-də (Region TV) yayımlanan "Şou məkan" verilişinə eksklüziv açıqlamalar verib.

Milli.Az bildirir ki, rəqqasə tutulduğu ağır xəstəlikdən danışıb: "Bir dəfə də demişdim ki, mən qəfildən düşəcəm. Bir neçə gündür ki, çox pisəm, ağrılarım çoxdur. Dostlarım da deyir ki, Fatimə, gözlərindəki çılğınlıq, parıltı sönüb. Göz-nəzərə çox inanıram, özümü çox nəzərə gətirirəm. Özümü saxlaya bilməyib, çox şeyi paylaşıram. O anda mənim boynumda ağrılar başlayır. İstilik gəlir, su içində oluram. Bayıra çıxırsan, soyuq dəyir, hiss etmirsən, sonra da sümüklərin ağrımağa başlayır. Boynumda və belimdə problemlər yaranıb. Belimdəki problemi masajla həll etdilər".

Fatimə xəstələndiyini sosial şəbəkədə paylaşdığı üçün tənqid olunduğunu da bildirib: "Xəstələndiyimi sosial şəbəkələrdə paylaşdım. Dostlarım, sevənlərim mənə dedilər ki, tez o yazdığını poz, sənə yaraşmır onu yazmaq. Mən də dedim ki, pozmayacağam. Yaxşı günümü paylaşıramsa, pis günümü də paylaşmalıyam. Amma inanıram ki, yaxşı olacağam".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.