Şou-biznes

"Anam özünü düşünməyən biridir"

9 Fevral 2016 17:09
10 Şərh     Baxış: 4 912
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Aybəniz Haşımova "Antrakt" verilişinin qonağı olub. 

Axşam.az-ın məlumatına görə, müğənni qızı Aynişan Quliyevanın "O səs Türkiyə"yə qatılmasından danışıb:

"Qızımın yarışmaya getməsindən xəbərsiz idim. Efirdə anonsu görəndə şok oldum. Amma sevindim, nəticə gözəl oldu. Öz-özünü belə imtahan etməsindən xoşum gəldi".

A.Haşımovanın rəfiqəsi, aktrisa Məlahət Abbasova ifaçı ilə bağlı fikirlərini deyib:

"Yaxın dostum, başımı çiyinlərinə qoyub, ağlaya biləcəyim bacımdır. 29 ildir biz dostluq edirik. Bir-birimizə baxaraq böyüdük. O, Şövkət Ələkbərovanın varisidir".

Qızı Aynişan da anası ilə bağlı təəssüratlarını bölüşüb:

"O, çox fədakar anadır. Özünü düşünməyən biridir. Sonuna qədər övladı üçün hər şey edəndir. Müğənni kimi xalqımız onu dəyərləndirib. Mən də bu sənətdə çox şeyi ondan öyrəndim. Onunla psixologiyamız da birdir. Mənə xeyir gəlməyən nəyisə anam istəməyə bilər. Bəzən mən risk edirəm, uğur qazanırm. İçimdə olan səsə qulaq asıram. Anam da uğurumu görəndə deyir, "Ay qızım, nə yaxşı".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.