Şou-biznes

Məşhur aktyoru təyyarəyə buraxmadılar - FOTO

9 Fevral 2016 16:46
8 Şərh     Baxış: 2 964
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da məşhurlaşan hind aktyoru Varis Ahluvalia başındakı çalma (türban) səbəbiylə təyyarəyə buraxılmayıb.

Qafqazinfo New -York Daily News-a istinadən xəbər verir ki, hadisə Meksikanın paytaxtı Mexikoda baş verib.

New-Yorka səfər etmək istəyən aktyor "Aeromexico" şirkətinin təyyarəsində qadağa ilə üzləşib.

Şirkətin əməkdaşları aktyora başındakı türbanı çıxarmağı tələb edib. Ahluwalia bu tələbi rədd etdiyi üçün təyyarəyə minməsinə icazə verilməyib. 

Aktyor açıqlamasında təhlükəsizlik qaydalarına uyğun davrandığını, ancaq hava yolu personalı tərəfindən türbanının çıxarılması istəyini qəbul etmədiyini söyləyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.