Şou-biznes

Aygün Kazımova da şeir paylaşdı

8 Fevral 2016 23:19
94 Şərh     Baxış: 9 994
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Aygün Kazımova müğənni Eltonla küsülü olsa da, bu günə qədər onun haqda nə televiziya proqramlarında, nə də yerli saytlarda heç bir fikir bildirməyib.

Ötən gün Eltonun "ATV Maqazin onlarla" verilişində xalq artistləri və müğənnilər haqda dediyi sözlər isə Aygün Kazımovanın ürəyincə olmayıb.
 
Milli.Az bildirir ki, publika.az-a açıqlamasında xalq artisti küsülü olduğu həmkarlarının belə, müdafiəsinə qalxıb və Eltona sərt ismarış göndərib:
 
"Bir neçə dəfə efirə çıxıb və arxamca artıq şeylər danışıb. Mən xanımlığımla susmuşam. Lakin xəbərdarlıq etmişəm ki, mənim adımı çəkmə. Dünən isə xalq artisti Flora xanımın yanında oturub və ona danışmağa macal verməyib. Mənim hansısa xalq artisti ilə münasibətim olmaya bilər, amma Eltonun həddi deyil ki, xalq artistləri haqda rəy bildirib, fikir söyləsin. Orda böyük sənətkarımız Flora xanım iştirak edirdi. O, fikir bildirməli idi. Elton onun kimi bir sənətkarın sözünü hər dəqiqədən bir ağzında qoyurdu".
 
Bu arada Aygün Kazımova sosial şəbəkədə növbəti şeiri paylaşıb:
 
Sən Eltonsan,
Sən ton tonsan.
Mən bilmirəm
Sən nə...san.
Utanmırsan?
Kişi olan
Vücudundan,
O boyundan,
Buxunundan?
Sən sevilən
Sənətkara,
Əfsanəvi sənətkarın
Yanındaca
Rəy bildirib,
Donquldanıb,
Tullanırsan.
Şıllaq atıb
Hoppanırsan.
Söz atırsan.
Axı niyə?
Axı kimə?
Zərif, incə xanımlara
Qısqanırsan,
Olmaya sən
Elton Consan???

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.