Şou-biznes

MTRŞ-dan "Bu stil mənim" verilişi ilə bağlı AÇIQLAMA

8 Fevral 2016 19:37
76 Şərh     Baxış: 9 851
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bu verilişdə efirdə xoşagəlməz bir hal qeydə alınmışdı"
 

Milli Televiziya və Radio Şurası (MTRŞ) ATV-də yayımlanan "Bu stil mənim" verilişinin bağlanması barədə xəbərə aydınlıq gətirib. MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitika şöbəsinin müdiri Təvəkkül Dadaşov movqe.az-a açıqlamasında bildirib ki, Şura tərəfindən verilişdə nöqsanla bağlı telekanala məktub göndərilməyib: "Əvvəllər bu verilişdə efirdə xoşagəlməz bir hal qeydə alınmışdı. Amma son zamanlar efir etikasına zidd bir məqam qeydə alınmayıb. Odur ki, bizim tərəfimizdən verilişin bağlanması barədə qərar qəbul edilməyib".

T. Dadaşov, əksinə,  ATV-də yayımlanan verilişlərin çoxunun səviyyəsinin yüksəldildiyini söyləyib. İndi ATV-dəki əyləncəli şouların da səviyyəsi artırılıb: "İndi bu kanalda əyləncəli verilişlər də səviyyəli şəkil alıb. Misal üçün, "Nanəli" verilişi indi çox yüksək səviyyədə xalq və bəstəkar mahnılarımızın təbliği ilə məşğul olmaqla, tamaşaçılara yüksək ovqat bəxş edir. ATV-də marifləndirici verilişlər də yaradılıb. "Qanunla Biz" verilişi vətəndaşlara hüquqi məsləhətlər verməklə yanaşı, onların öz hüquqlarını qorumasına yardımçı olur. Bu cür verilişlərin sayı bütün telekanallarda artsa, əlbəttə, yaxşı olar. O ki qaldı "Bu stil mənim" verilişinə, bu verilişlə bağlı, həmin verilişdə əgər bir nöqsan aşkarlanmayıbsa, niyə bağlanmasına qərar verilsin?"

Qeyd edək ki, "Bu stil mənim" verilişinin bağlanması barədə xəbərə dəb müsabiqəsinin rəsmi "İnstaqram" səhifəsində də aydınlıq gətirilib: "Üçüncü aydan etibarən yeni süprizlərlə "Bu stil mənim" ATV-də! Çox çalışdıq və çox yorulduq. Amma hər şey hazırdır. "Bu stil mənim" üçüncü aydan etibarən qonaqları və yenilikləri ilə gəlir".

Qeyd edək ki, dəb yarışı ötən gün efirə verilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.