Şou-biznes

"Xoşqədəm mənə "kocacığım" deyəndə ölürəm" - VİDEO

8 Fevral 2016 19:22
86 Şərh     Baxış: 21 072
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı Xoşqədəm Baxşəliyeva və türkiyəli ifaçı Doğuşun əkiz övladlarından biri oğlandır.

Milli.Az bildirir ki, big.az xəbər verir ki, bu barədə Doğuş "Söylemezsem olmaz" verilişində deyib.

Doğuş Xoşqədəmlə ilk tanışlığından danışıb:

"Menecerim Onur mənə zəng vurdu ki, Bakıda uşaq evi var, oranı ziyarət etməliyik. Bir kanal dəvət edir bizi. Bir məbləğ dedim ki, həmin məbləği uşaq evinə göndərsələr, qəbul edərəm. Təklifimi qəbul etdilər və təyyarə ilə üçümüz getdik. Əlil uşaqlara Xoşqədəmin davranışını görəndə təsirləndim. Öz-özümə dedim ki, bir mələk gördüm deyəsən. Çox gözəl qadındır dedim. Təbii ki, gedib çox gözəlsiniz demədim. Amma ona evlilik təklifi etdim. İnsanları tanımaq dənizdən bardaqla su boşaltmağa bənzər. İnsanları tanımaq olmur, amma hisslərinlə davransan, mümkündür ancaq. Ona görə istəyirik ki, sevgimizi həmişə isti saxlayaq. Xoşqədəm 5 aylıq hamilədir. Biri oğlandır, amma o birini bilmirik. Xoşqədəm qız istəyir, mən də oğlan istəyirəm. İki oğlumuz olsun istəyirəm. Xoşqədəm mənə "kocacığım" deyəndə ölürəm, "Allah" deyirəm. Eşq çox qəribə bir şeydir. Eşq bütün dilləri həll edər. Mən onun Azərbaycan dilində olsa belə nə demək istədiyini dərhal anlayıram". 

Videonu izləmək üçün şəklə klikləyin:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.