Şou-biznes

64 yaşda ər axtarmaq, İlhamə-Aygün davası, oyun durğuzan vəkil, "Erkək Balaş" HƏFTƏBECƏR

8 Fevral 2016 09:28
190 Şərh     Baxış: 10 528
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (65-cü say) təqdim edir.

Yadınızdadırsa, ötən həftələrin birində sizə qonşum olan Qulpqoyan Bəyənməzov barədə danışmışdım. İki gündür məhəlləyə söz-söhbət yayılıb ki, Qulpqoyan dayının Urisyetdəki oğlu ortaya çıxıb. Arvadı da deyir ki, özümü öldürərəm əgər o urusun doğduğu bu qapıdan içəri girsə.

Axırıncı dəfə səs-küyləri gəlirdi. İstəmədən qulaq şahidi oldum.

- Ay rəhmətliyin nəvəsi, o da mənim oğlumdur da. Gəlir, gəlsin. Sənə nə ziyanı var? Mənim taylarım dünən-srağagün evlənib.

- Ona qalsa, mənim də tay-tuşlarım Türkiyəyə gedib ər axtarır. Odey Brilliant Dadaşovanın bacısı, Səidə Dadaşovanın anası, Rafael Dadaşovun da keçmiş arvadı 64 yaşında gedib Türkiyəyə.

- Bəs sən nə durmusan? Xarici pasportunu da düzəlt get də.

- Görürsən, xoşuna gəlmir.

- Xoşuna gəlmir deyəndə ki, xoşa gələsi nəsə var səncə?

O dəqiqə bildim ki, söhbət 64 yaşlı Sədaqət Dadaşovanın Türkiyədə evlilik proqramına çıxmasından gedir. Yeri gəlmişkən, Sədaqət xanım son zamanlar mediada haqqında yazılanlara əsəbləşib. Hətta deyərdim ki, gənc oxuyanlara xas emosional fikirlər söyləyib:

"Elə bil, bunların dərdləri-sərləri yoxdur. Ay yazıqlar, bilmirsiz, kimdən, nədən danışasız. Sədaqətin azarı düşüb murdar canınıza? Ölün də... Əgər başqa bir marağınız yoxdursa, bu həyatda niyə yaşayırsınız?"

Bəli-bəli, bu fikirlər 64 yaşında ərə getmək üçün efirə çıxan Sədaqət xanımın dedikləridir. Maşallah, heç yaşını göstərmir. Görünür, elə buna görə gənc kimi davranıb bu fikirləri yazanda.

Rəhmətlik Yaşar Nuri sağ olsaydı, bu xəbərə reaksiyası belə olardı: "Fəlakət üz verib, Qurban dayı".

Günün günorta çağı stilist Balaşın adından fotolar yayıblar. Fotolardakı da arvada oxşayan biridir. Açığı, diqqətlə baxanda oxşarlıq hiss olunur. Amma adam babal yumaq da istəmir. Görünür, kimsə Balaşın üstünə şər atmaq istəyir ki, guya filan, bəşmekan. Şəxsən mən o fotoları görən kimi belə düşündüm. Axı Balaş necə qadın ola bilər? Onun camaat arasında "erkək Balaş" kmi bir ləqəbi var. Məgər, özünü qadına oxşadan adama belə ləqəb qoylarlar? Heç olmasa günah eləməkdən qorxun. Xalxın uşağı 5 ildir evlidir. Hələ toyunda bacıları Xatun və Aliviya yaşıl rəngdə paltar geyinmişdilər. Görünür, necə deyərlər, baz oğlan olub. Bacıları da deyiblər ki, bunun əl-ayağını başına yığa bilsək, yaşıl geyinəcəyik.

Bu arada müğənni Xatun qardaşının fotolarını yayana çox pis mesaj göndərib. Deyib ki, Balaşın kişiliyinə kimin şübhəsi varsa... Əstafurullah!

Xalq artistləri İlhamə QuliyevaAygün Kazımova arasındakı qalmaqal isə tam sürətiylə davam edir. Hadisələr elə sürətlə cərəyan edir ki, hazırda söhbətin hansı mərhələdə olduğunu da demək çətindir. Ancaq bildiyim odur ki, Mədəniyyət və Turizm Nazirliyi otellərə "ulduz" paylamaqdan imkan tapan kimi müdaxilə etməli, ən azı iki xalq artisti arasında barışığa cəhd göstərməlidir.

Yeri gəlmişkən, İlhamə Quliyeva bir müddət mətbuata açıqlama verməmək qərarına gəlib. Məncə, doğru qərardır.

Vokalçı Ülvi Qılıcla xanəndə Elnarə Abdullayeva barışıb. Özü də efirdə. Axı bu köhnənin dəbidir. Efirdə barışmasan, müstəhəb sayılımır. Elnarə belə bir açıqlama verib:

"Mənim heç kimlə işim yoxdur. Ona görə də sözüm düz başa düşülmür. Mən o qədər zülm çəkmişəm ki, istəyirəm nazımı çəkən gəlinim olsun. Evdə oturub, mənə qulluq etsin. Sənətdə yorulmuşam. Buna görə gəlin barəsində elə açıqlama vermişəm. Ülviylə danışanda da mən əsəbi olmamışam. Demişəm ki, sən hara, mən hara. Bir yerdə olanda görüşmüşük. Onun efirdə elə söz deməsinə heyrətləndim. Ülvi, mən səni çox istəyirəm. Anlaşılmazlığı ortaya salan insana Allah qənim olsun. Səni öpürəm, şeytana lənət. Bir-birimizi insan kimi dərk edib, başa düşdük. Gəlin, mehriban olaq".

Söhbətə bax ha. Mən səni çox istəyirəm. Bəs heç nə olmamışdı? İnsan da durduğu yerdə barışar? Bu yerdə bir cümlə də yazım tamamlayaq. Elnarə-Ülvi davasının qızğın yerində xanəndəni yığdım bir kişi cavab verdi. Soruşdum, dedi ki, evinin qulluqçusuyam. Başladı jurnalısləri ittiham eləməyə, filan. Soruşdum ki, siz onun vəkilisiniz, yoxsa qulluqçusu. Danışdıqlarımızı isə yazmadım, amma səs yazısı məndə qalır. Axırda bir cümlə dedi. Düz on gündür o cümləni fikirləşirəm ki, nə demək istəyirmiş:

"Elnarə xanımın qulluqçusu belədirsə, gör indi vəkili nə oyun durğuzacaq".

Daha bilmədim vəkili oyun durğuza bildi, ya yox.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.