Şou-biznes

Atasının cənazəsini arvadı qapısından içəri qoymadı - FOTO

7 Fevral 2016 10:33
85 Şərh     Baxış: 31 425
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aşıq Mübariz əkiz övladları və digər ailə üzvləri ilə ilk dəfə kamera önünə keçib.

Gecce.az xəbər verir ki, "Evdəkilərə salam" verlişinin heyətini bağ evində qonaq edən aşıq öncə aşpazlıq məharətini göstərərək, kabab bişirib.

Verlişin aparıcısı Aytəkin Mərdanova bildirib ki, əkiz olan oğlu və qızı ilə birlikdə çəkilişə davam edən aşıq Mübariz uşaqların ikinci evliliyindən olduğunu etiraf edib. İlk həyat yoldaşından daha iki övladı olan aşıq onlardan ata qayğısını əsirgəmədiyini bildirib. Birinci həyat yoldaşından boşanmasına gəlincə, bunun səbəbi eşidənləri təəccüb içində saxlayır. Bəlli olub ki, atası dünyasını dəyişəndə cənazə övladının evinə gətirilərkən, aşığın birinci xanımı qaynatasının nəşinin qapısından içəri keçməyəcəyini bildirib. Onun bu hərəkəti ailənin dağılmasına səbəb olub. Bu barədə aşıq Mübarizin anası danışıb. O, oğlunu özünün seçdiyi qızla ikinci dəfə evləndirib. 

Daha sonra ev sahibi sənət aləmindən söz açıb. O, Cavanşir Məmmədovla toylara getməyindən, Elxan Şirinovla yaxın sənət dostu olmağından danışıb. Çəkiliş zamanı Elxan Şirinov və Mənzurə Musayeva aşığın evində qonaq olublar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.