Şou-biznes

İlhamə Quliyevadan gözlənilməz qərar

7 Fevral 2016 09:52
72 Şərh     Baxış: 33 523
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Adı son vaxtlar qalmaqallarda hallanan xalq artisti İlhamə Quliyeva gözlənilməz qərar verib. Milli.Az primetime.az-a istinadən xəbər verir ki, "Şöhrət" ordenli sənətkar mətbuatla olan əlaqəsini dondurmağa qərar verib. Saytın əməkdaşıyla telefon söhbətində İlhamə Quliyeva deyib ki, bir müddət jurnalistlərlə nə görüşəcək, nə də onlara açıqlama verəcək. Görünür, gündəmin əsas mövzusuna çevrilən müğənni bu addımı ilə yaşanan qalmaqallara son qoymaq niyyətindədir.

Qeyd edək ki, xalq artistinin həbsxanada olan köməkçisi Mehriban Hüseynova mətbuata ünvanladığı məktubunda İlhamə Quliyevaya qarşı bir çox ittihamlar irəli sürüb. Mehribanın məktubundan sonra xalq artistləri Flora Kərimova, Aygün Kazımova və əməkdar artist Elza Seyidcahan da primadonnaya əks cəbhədə yer alırlar. Hətta Elza primetime.az saytına verdiyi açıqlamasında Mehriban Hüseynovanın lehinə məhkəmədə şahidlik edəcəyini də açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.