Şou-biznes

Tarkandan nişanlısına 1,5 milyonluq hədiyyə - FOTO

6 Fevral 2016 13:16
26 Şərh     Baxış: 4 489
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Evlilik hazırlığında olan Türkiyənin tanınmış müğənnisi, meqastar Tarkan nişanlısını öz ölkəsinə gətirib.

Anspress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, ifaçının nişanlısı onun villasında qalır. 

İfaçının villası İstanbulun Tarabya rayonundadır. Birlikdə yaşamağa başlayan Tarkan və Pınar Dilek paparassilərə yaxalanmamaq üçün böyük səy göstərir. 

Bu arada Tarkan yeni albomu üzərində işlərini tam sürətlə davam etdirir. Albomun yay aylarına hazır olması planlaşdırılır. Yeni mahnılar hazırlayan müğənni studiyadan, demək olar ki, çıxmır. O, jurnalistlərdən qorunmaq üçün də çıxış yolu tapıb. Belə ki, Tarkan öz maşınından istifadə etmir. Bunun əvəzində isə o, kirayə avtomobil götürüb. Bütün cəhdlərinə baxmayaraq paparatsilərdən yaxa qurtara bilməyib. 

Studiyadan gec saatda çıxan Tarkan jurnalistlərin evliliklə bağlı suallarını cavabsız qoyub. O, ancaq oturduğu maşından "öpüş göndərmək" və "sizi sevirəm" deməklə kifayətlənib. 

Türkiyənin məşhur ulduzu, meqastar Tarkan evlilik yolunda olduğu sevgilisinə bir neçə gün öncə böyük hədiyyə edib. Müğənni sevgilisinə 1,5 milyon lirəlik (təqribən 800 min manat) ev hədiyyə edib. 

Daha doğrusu, Tarkan evləndikdən sonra Dilek Pınarla birlikdə yaşamaq üçün ev alıb. O, evi sevgilisinin adına qeydiyyata salıb. 

Tarkan ötən ilin son günlərində sürpriz şəkildə nişanlanıb. Onun nişanlısı P.Dilek Almaniyada bir türk ailəsində dünyaya gəlir. Cütlüyün toyu yayda - daha dəqiq iyun ayında baş tutacaq. Onlar həm Almaniya, həm də Türkiyədəki dostları üçün toy mərasimi keçirəcəklər. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.